Venesuelada etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 46 nəfər saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Venesuelada etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 46 nəfər saxlanılıb - YENİLƏNİB


Venesuelada etiraz aksiyaları zamanı ən azı 1 nəfər ölüb, daha 46 nəfər saxlanılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda, 20-dən çox hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, iğtişaşlar iyulun 29-da axşam Nikolas Maduronun üçüncü dəfə qalib gəldiyi prezident seçkilərinin nəticələri elan edildikdən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımayıb, Latın Amerikasının 9 ölkəsi isə nəticələrə yenidən baxılmasını tələb edib.

Venesuela Xarici İşlər Nazirliyi buna cavab olaraq Argentina, Dominikan, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən diplomatlarının geri çağırıldığını elan edib. Venesuela, həmçinin iyulun 31-dən etibarən Panama və Dominikan ilə hava əlaqəsinin müvəqqəti dayandırıldığını bildirib.

10:36

Venesuelada baş verən etirazlar fonunda vandalizm aktlarının törədilməsinə və sabitliyi pozan hərəkətlərə görə ən azı 15 nəfər saxlanılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab "X" sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, 15 yaşlı yeniyetmə də daxil olmaqla 9 nəfər "vandalizm aktları törədərkən və partiya qərargahlarını yandırarkən saxlanılıb.

Daha sonra baş prokuror daha 6 nəfərin tutulduğunu bildirib, onlardan 3 nəfəri sabitliyi pozmaq üçün üçün etirazlara rəhbərlik edib. Saxlanılarkən həmin şəxslərdən benzin, bir neçə "Molotov kokteyli", bıçaq və daş müsadirə edilib.

Oxşar xəbərlər

Latın Amerikasının doqquz ölkəsi Venesueladakı seçkilərə yenidən baxmağa çağırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelada 15 iğtişaşçı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuela bəzi ölkələrdəki səfirlərini geri çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peru XİN venesuelalı diplomatları 72 saaat ərzində ölkəni tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentina, Peru və Çili Maduronun qələbəsini tanımayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər