Peru XİN venesuelalı diplomatları 72 saaat ərzində ölkəni tərk etməyə çağırıb
Peru Xarici İşlər Nazirliyi Venesuela diplomatlarına 72 saat ərzində ölkəni tərk etməyi əmr edib.
Sizinxeber.az Lenta.ru-ya istinadən xəbər verir ki, Peru XİN-in X sosial şəbəkəsində dərc olunan xəbərinə görə, Venesuelalı diplomatlara ölkəni tərk etməyi əmr edib. Bu, Venesuela hakimiyyətinin verdiyi qərarlara reaksiyadır.
Bundan əlavə, Venesuela hökuməti prezident seçkilərinə yenidən baxılmasını tələb edən yeddi ölkədən: Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən diplomatik personalı geri çağırıb.
Qeyd edək ki, iyulun 28-də Venesuelada seçkilər keçirilib. Nikolas Maduronun qələbəsi elan edilib. Venesuela Milli Seçki Şurasının rəhbəri Elvis Amoroso bildirib ki, o, 51,2 faiz səslə qazanıb.
Bir sıra ölkələr seçkinin nəticələrini tanımayıb. Ancaq Rusiya prezidenti Vladimir Putin Maduronu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Oxşar xəbərlər
Peru hökuməti Venesuela diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib
Venesuela bəzi ölkələrdəki səfirlərini geri çağırıb
Argentina, Peru və Çili Maduronun qələbəsini tanımayıb
Venesuela səfiri Peru XİN-ə çağırılıb
Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













