Argentina, Peru və Çili Maduronun qələbəsini tanımayıb
Argentina Prezidenti Xavyer Miley Venesuelada keçirilmiş prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib. Peru və Çili hökumətləri də oxşar qərar qəbul edib.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Miley “X” sosial şəbəkəsində yazıb.
O, venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib adlandırıb.
Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə qəsd” adlandırıb.
Çili xarici işlər naziri Alberto van Klaveren isə bildirib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini elan etməyənə qədər ölkə hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili Prezidenti Qabriel Boric də “protokolların yoxlanılmasında tam şəffaflığa” çağırıb.
Qeyd edək ki, protokolların 80%-nin nəticələrinə əsasən Maduro 51,2% səs toplayıb.
Oxşar xəbərlər
Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir
Maduro prezident seçkilərində qalib gəlib - YENİLƏNİB
Maduronun seçki qərargahı onun prezident seçkilərində qalib gəldiyini elan edib
Argentina hökuməti daha 50 min məmuru işdən çıxarmaq niyyətindədir
Argentina Prezidenti maaşının hamısını bacısına verdiyini etiraf edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













