ABŞ Harvard Universitetinin mübadilə vizalarına sponsorluq etmək səlahiyyəti ilə bağlı araşdırmaya başlayıb
sizinxeber.az xəbər saytı

ABŞ Harvard Universitetinin mübadilə vizalarına sponsorluq etmək səlahiyyəti ilə bağlı araşdırmaya başlayıb


ABŞ Dövlət Departamenti Harvard Universitetinin mübadilə vizalarına sponsorluq etmək səlahiyyəti ilə bağlı araşdırma başladıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X"də yazıb.

O bildirib ki, viza sponsorluğu bir imtiyazdır:

"Fəaliyyəti ilə millətimizin maraqlarına ziyan vuran sponsorlar bu imtiyazı itirəcəklər".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırmışdı. Daha sonra ABŞ məhkəməsi Donald Tramp administrasiyasının bu qadağasını müvəqqəti olaraq dayandırmışdı. Universitetin prezidenti Alan Qarber isə Harvard ictimaiyyətinə universitetin beynəlxalq tələbələri üçün mübarizə aparacağına söz vermişdi.

Oxşar xəbərlər

ABŞ məhkəməsi Trampın Harvarda əcnəbi tələbə qəbulu qadağasını dayandırıb
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
Tramp administrasiyası Harvardı beynəlxalq tələbələri qəbul etmək hüququndan məhrum edib
KİV: Tramp administrasiyası Harvard ilə bütün maliyyə müqavilələrini ləğv edəcək
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər