Maduro Salvador hakimiyyətini venesuelalı miqrantlara işgəncə verməkdə ittiham edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
04:00

Maduro Salvador hakimiyyətini venesuelalı miqrantlara işgəncə verməkdə ittiham edib

19 iy, 2025
04:00
357

Maduro Salvador hakimiyyətini venesuelalı miqrantlara işgəncə verməkdə ittiham edib

Venesuela Prezidenti Nikolas Maduro Salvador hakimiyyətini deportasiya edilmiş venesuelalı miqrantları qeyri-qanuni saxlamaqda və onlara işgəncə verməkdə ittiham edib və Salvador prezidenti Nayib Bukelenin məsuliyyətə cəlb ediləcəyini bildirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Maduro Karakasda kəndlilərin qurultayında çıxışı zamanı deyib.

"Miqrasiya cinayət deyil. Amma miqrantları oğurlamaq və onlara işgəncə vermək cinayətdir. Bukele bilməlidir ki, gec-tez hər şeyə görə ədalət öz yerini tapacaq", - Maduro bildirib.

Dövlət başçısı xatırladıb ki, mart ayından Salvadorun ən böyük həbsxanası olan Cecotda mühakimə olunmadan və müdafiəyə çıxışı olmadan saxlanılan 252 venesuelalı azad edilib və artıq evlərindədir. O, bu insanların Salvadorda cinayət törətmədikləri və ABŞ-dən deportasiya edildikdən sonra orada qaldıqlarını qeyd edib.

Maduro həmçinin vurğulayıb ki, azad edilənlərin ilk ifadələri zorakılıq hallarını təsdiqləyir - onlardan biri döyüldükdən sonra böyrəyini itirib, digərləri isə işgəncələrə məruz qalıb, yeməkdən məhrum edilib və ya xarab yeməklərlə qidalanıb. Onun sözlərinə görə, gələnlərin hamısı enişdən dərhal sonra venesuelalı həkimlər tərəfindən müayinə olunacaq.

Miqrantların geri qaytarılması ABŞ hökumətinin nümayəndələri ilə aparılan danışıqların nəticəsində mümkün olub.

Bizimlə əlaqə saxlayın