KİV: ABŞ İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
sizinxeber.az xəbər saytı

KİV: ABŞ İsraili Suriyaya hücumları dayandırmağa çağırıb


ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə müraciət edərək Suriyaya hava hücumlarını dayandırmağa çağırıb.

“Report”un məlumatına görə, bu barədə ABŞ rəsmilərinə istinadən “Axios” portalının jurnalisti Barak Ravid məlumat verib.

“İyulun 16-da Tramp administrasiyası yenidən İsrailə müraciət edib ki, Suriyaya zərbələri dayandırsınlar və gərginliyi azaltmaq üçün Dəməşq hökuməti ilə dialoqa başlasınlar”, - o “X” sosial şəbəkəsində yazıb.

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İsrailin Suriyaya hücumlarından narahat olduğunu və hərbi əməliyyatların dayandırılmasını istədiklərini bəyan edib.

“Biz bütün tərəflərlə danışıqlar aparırıq. Biz hərbi əməliyyatların dayandırılmasını istəyirik”, - o əlavə edib.

Oxşar xəbərlər

Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
BMT ABŞ-ın İraq və Suriyaya hava zərbələri endirməsindən narahatdır
ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək
ABŞ Suriyaya sərmayə cəlb etmək üçün dünyadakı tərəfdaşları ilə işləyir
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər