ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2025
00:00

ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək

16 may, 2025
00:00
562

ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyaya qarşı sanksiyalar rejiminə 180 gün müddətinə müvəqqəti güzəştlər tətbiq edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Antalyada jurnalistlərə bildirib.

“Biz "Sezar Qanunu"nda nəzərdə tutulan və hər altı aydan bir uzadılmalı olan istisnalardan istifadə edirik”, – Rubio qeyd edib.

O vurğulayıb ki, bu addım beynəlxalq donorların Suriyaya sanksiya riski olmadan humanitar yardım göndərmələrinə imkan verəcək, lakin dəyişikliklərin müvəqqəti xarakter daşıdığını da qeyd edib.

“Biz müvəqqəti tədbirlərlə başlayırıq və gələcəkdə sanksiyaların Konqres vasitəsilə tamamilə ləğvi məsələsinə baxacağıq”, – Rubio əlavə edib.

Bizimlə əlaqə saxlayın