KİV: “Emirates” Dubaydan Dəməşqə uçuşları bərpa edib
Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Emirates” aviaşirkətinin təyyarəsi 2012-ci ildən bəri ilk dəfə Dəməşqə eniş edib.
“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi xəbər verib.
Qeyd olunub ki, təyyarənin göyərtəsində 286 sərnişin, o cümlədən BƏƏ-nin idman naziri Əhməd əl-Fəlasi olub.
Xatırladaq ki, “Emirates” Suriyadakı münaqişə ilə əlaqədar olaraq 2012-ci ildə Dəməşqə uçuşları dayandırmışdı. İyunun 2-də aviadaşıyıcı Dəməşqə uçuşların iyulun 16-dan bərpa olunacağını elan edib. İlk mərhələdə uçuşlar həftədə üç dəfə həyata keçiriləcək, avqustun 2-dən cədvələ daha bir reys əlavə olunacaq, oktyabrın 26-dan isə aviaşirkət Dəməşqə gündəlik uçuşlar həyata keçirməyi planlaşdırır.
Bundan əvvəl Dəməşqə birbaşa uçuşları “Flydubai” aviaşirkəti bərpa edib. Onun Suriya paytaxtına ilk uçuşu iyunun 1-də baş tutub. Aviaşirkət Dubay - Dəməşq marşrutu üzrə gündəlik uçuşlar həyata keçirəcək.
Oxşar xəbərlər
“Emirates” İraqa uçuşlara məhdudiyyətləri uzadıb
Türkiyə Suriyaya 13 il əvvəl dayandırılan uçuşları bərpa edəcək
12 ildən sonra İstanbuldan Dəməşqə ilk uçuş həyata keçirilib
“Air France” yanvarın 25-də Təl-Əvivə uçuşları bərpa edəcək
BƏƏ aviaşirkəti Dubaydan Mineralnıye Vodı və Soçiyə uçuşları bərpa edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
