Aİ Məhkəməsi Mari Le Peni atasının qanunsuz xərclədiyi 303 min avronun qaytarılmasına məcbur edib
sizinxeber.az xəbər saytı

Aİ Məhkəməsi Mari Le Peni atasının qanunsuz xərclədiyi 303 min avronun qaytarılmasına məcbur edib


Avropa Məhkəməsi Mari Le Pen və ailəsinin Avropa Parlamentinə qarşı iddiasını rədd edib.

“Report”un Avropa bürosunun məlumatına görə, bu gün oxunan Aİ Məhkəməsinin qərarında həmçinin Mari Le Penin atasının varislərinin məhkəmə xərclərini də ödəməsi tapşırılıb.

Avropa Məhkəməsi Avropa Parlamentinin Marin Le Penin atası və Fransanın ifrat sağçı hərəkatının görkəmli xadimi olan mərhum Jan-Mari Le Penin varislərindən 303,200,99 avro məbləğində vəsaitin tutulması tələbini yerinə yetirməyə göstəriş verib.

Avropa Parlamenti iddia edir ki, 35 il deputat işləmiş Le Pen parlament xərcləri üçün nəzərdə tutulmuş vəsaitləri şəxsi ehtiyacları üçün istifadə edib. Bu da büdcə ilə bağlı qaydaların pozulmasıdır.

Oxşar xəbərlər

Paris məhkəməsi Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib
Jan-Mari Le Pen yanvarın 11-də doğma şəhərində dəfn olunacaq
Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər
Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək
Le Pen növbəti Prezident seçkilərində namizədliyini irəli sürməkdən məhrum edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar