Jan-Mari Le Pen yanvarın 11-də doğma şəhərində dəfn olunacaq
Fransanın Milli Cəbhə partiyasının (hazırda Milli Birlik) qurucusu Jan-Mari Le Pen Fransanın qərbindəki doğulduğu La Trinite-sur-Merdə dəfn ediləcək.
Sizinxeber.az xəbər verir ki, siyasətçinin qızı Marin Le Penin sabiq ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arnaud Stefan BFMTV-yə bildirib.
"Jan-Mari Le Penin dəfn mərasimi ən ciddi məxfilik şəraitində, La Trinite-sur-Merdə ailəsinin iştirakı ilə keçiriləcək. Orada yalnız ailə olacaq", - deyə o bildirib.
"Ouest-France" qəzeti isə öz mənbələrinə istinadən dəfnin yanvarın 11-də keçiriləcəyini yazıb.
Qeyd edək ki, “Agence France-Presse” Jan-Mari Le Penin yanvarın 7-də 96 yaşında xəstəxanada vəfat etdiyini yazıb.
Hazırda partiyanın parlament fraksiyasına rəhbərlik edən qızı Marin Le Pen atasının öldüyü gün səfərdə olub və Parisə qayıdarkən onun ölüm xəbərini jurnalistlərdən öyrənib.
Oxşar xəbərlər
Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər
Marin Le Penin qardaşı qızı öz partiyasını yaratdığını elan edib
Fransalı siyasətçi Marin Le Pen azadlıqdan məhrum edilə bilər
KİV: Le Pen Mayottada qəzaya uğrayıb
Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













