Hüseyn Hüseynov BMT-də Azərbaycanın gender bərabərliyinə dair nailiyyətlərini təqdim edib
sizinxeber.az xəbər saytı

Hüseyn Hüseynov BMT-də Azərbaycanın gender bərabərliyinə dair nailiyyətlərini təqdim edib


Azərbaycan gender bərabərliyinin təmin olunması istiqamətində konkret siyasət tədbirləri və qanunvericilik islahatları həyata keçirməkdə davam edir.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM 5) – Gender bərabərliyi mövzusuna həsr olunmuş Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) çıxışı zamanı deyib.

H. Hüseynov gender bərabərliyinin yalnız 2030 Gündəliyinin mühüm məqsədi deyil, eyni zamanda bütün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün əsas hərəkətverici qüvvə olduğunu vurğulayıb.

Dövlət rəsmisi bildirib ki, Azərbaycan gender bərabərliyinin təmin olunması istiqamətində konkret siyasət tədbirləri və qanunvericilik islahatları həyata keçirməkdə davam edir:

“2024-cü ildə Ailə Məcəlləsinə edilən dəyişikliklərlə erkən nikaha icazə verən hüquqi istisnalar aradan qaldırılıb. Bu islahat Azərbaycan qanunvericiliyinin beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılması baxımından mühüm addım olub.

Bundan əlavə, gender əsaslı zorakılığın qarşısının alınması və zərərçəkmişlərin müdafiəsi məqsədilə hüquqi və institusional çərçivə gücləndirilib. Son illərdə məhkəmələr tərəfindən verilən mühafizə qərarlarının sayı iki dəfədən çox artıb, zərərçəkmişlər üçün pulsuz hüquqi yardım əlçatan olub”.

Şöbə müdiri vurğulayıb ki, qadınların iqtisadi səlahiyyətləndirilməsi də Azərbaycanın milli prioritetləri sırasındadır:

“2024-cü ildə peşə təhsili və hazırlığı proqramlarında iştirak edənlərin təxminən üçdə ikisi qadınlar olub, dövlətin dəstəklədiyi özünəməşğulluq təşəbbüslərinin 40%-dən çoxu qadınlara yönəlib. Qadınların orta aylıq gəliri 2024-cü ildə əvvəlki illə müqayisədə 7,5% artıb. 2024-cü il seçkilərində qadınların həm Milli Məclisdə, həm də bələdiyyə orqanlarında təmsilçiliyi artıb”, – deyə şöbə müdiri qeyd edib.

H. Hüseynov bu nailiyyəti hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın nəticəsi kimi qiymətləndirib:

“Vətəndaş cəmiyyəti və həmkarlar ittifaqları gender bərabərliyi və sosial ədalət sahəsində aparıcı tərəfdaş kimi fəaliyyət göstərir. Hazırda ölkə üzrə 3700-dən çox QHT fəaliyyət göstərir və 2024-cü ildə 24 yeni gender yönümlü təşəbbüs dövlət qrantı ilə həyata keçirilib. Bundan əlavə, həmkarlar ittifaqlarında qadınların payı 51%-ə çatıb, bu da onların əmək hüquqlarının qorunmasında və layiqli iş şəraitinin təşviqində mühüm rolunu göstərir”.

Sonda H. Hüseynov dünya ölkələrini təcrübə mübadiləsinə və gender bərabərliyinə dair qlobal öhdəlikləri yeniləməyə çağırıb:

“Bütün ölkələri əməkdaşlığı gücləndirməyə, investisiyaları artırmağa və irəliləyişi sürətləndirməyə çağırırıq”, – deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
BAMF-in rəhbəri MƏŞ-in katibi ilə mina probleminin 18-ci DİM kimi qəbul olunması təşəbbüsünü müzakirə edib
Hüseyn Hüseynov: "Azərbaycanda 2026-cı ilə qədər ÜDM-in artımını orta hesabla 3-4 % arasında saxlanılması hədəflənib"
Komitə sədri: Gender bərabərliyi davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərtdir
Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər