Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
Azərbaycan BMT-nin 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsində maliyyə boşluğunun aradan qaldırılmasına əhəmiyyət verməyə davam edir.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirib.
Onun sözlərinə görə, bu səylər çərçivəsində Azərbaycan beynəlxalq çərçivə mexanizmlərindən və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) investisiya xəritəsindən fəal şəkildə istifadə edir, həmçinin daxili resursları cəlb edir.
H.Hüseynov həmçinin vurğulayıb ki, DİM-in həyata keçirilməsi üzrə IV könüllü milli hesabatında Azərbaycan maliyyə kəsirinin azaldılması üçün görülən tədbirlər kompleksini, o cümlədən BMT-nin Sosial-İqtisadi məsələlər Departamenti ilə əməkdaşlığı təqdim edib. Bu tədbirlər müsbət qiymətləndirilib və digər üzv dövlətlərə tövsiyə edilib.
Ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu nəticələrini xatırladan H.Hüseynov vurğulayıb ki, Azərbaycan bir sıra iqlim hədəflərinin müzakirəsi üçün platforma yaradıb.
"Həmçinin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək geniş müzakirə olunub. Bakı çağırışında əsas vəzifələrə nail olmaq üçün dövlət və özəl tərəfdaşlığın zəruriliyi vurğulanır. Biz 2035-ci ilə qədər iqlim hədəflərinə nail olmaq üçün ildə ən azı 300 milyard dollar səfərbər etməyə çağırırıq", - o bildirib.
Oxşar xəbərlər
Hüseyn Hüseynov: "Azərbaycanda 2026-cı ilə qədər ÜDM-in artımını orta hesabla 3-4 % arasında saxlanılması hədəflənib"
Hüseyn Hüseynov: "2030-cu ilədək "yaşıl iqtisadiyyat" sektorunun dəyəri 4 trilyon dolları ötəcək"
Hüseyn Hüseynov: “Azərbaycan “yaşıl artım”ı inkişaf xətti olaraq müəyyənləşdirib”
Vladanka Andreyeva: "COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
