Moskvada 122 illik temperatur rekordu yenilənib
sizinxeber.az xəbər saytı

Moskvada 122 illik temperatur rekordu yenilənib


Rusiya paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6°C-ə qədər qızıb və bununla 1903-cü ildəki əvvəlki maksimum geridə qoyulub.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

"VDNX stansiyasında bu gün 122 illik rekord qırıldı. 1903-cü ildə temperatur 34,5 dərəcə idi, bu gün isə 34,6 dərəcə oldu. Bu, ekstremal temperaturun xarakterik xüsusiyyətidir”, - o deyib.

Direktor qeyd edib ki, yaxın günlərdə daha rekord temperatur proqnozlaşdırılmır, çünki temperaturun tədricən azalması başlayacaq.

Oxşar xəbərlər

“Guardian”: 2024-cü il temperatur maksimumlarının sayına görə rekord vurub
Ölkə ərazisində temperaturun normadan artıq olacağı gözlənilir
2024-cü ildə Bakı və Abşeronda orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub
İyunda temperatur əvvəlki illərin istilik rekordlarını qırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər