İran-ABŞ-nin mümkün danışıqlarının vaxtı açıqlanıb
sizinxeber.az xəbər saytı

İran-ABŞ-nin mümkün danışıqlarının vaxtı açıqlanıb


ABŞ-İran danışıqları böyük ehtimalla gələn həftə baş tutacaq.

"Sizinxeber.az"un xəbərinə görə, bunu ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə bildirib.

"Bu görüş çox yaxında baş tutacaq. Ola bilsin, gələn həftə", - o deyib.

ABŞ Prezidenti Donald Tramp da öz növbəsində İranın “görüş xahiş etdiyini” bildirib və danışıqların nəyisə kağız üzərində qoymaqla nəticələnəcəyi təqdirdə, “bu, yaxşı olardı” - deyib. Amerika liderinin sözlərinə görə, İslam Respublikası ilə danışıqlarda o qədər də xüsusi məna görmür, çünki ABŞ onun nüvə proqramını məhv edib.

"Bu baş verəndə (ABŞ İranın nüvə obyektlərinə zərbələr endirəndə - red.) mən müzakirələrin nədən ibarət olduğunu soruşdum. Düşünürəm ki, onların bizə hörməti var, İsrailə də hörməti var. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik", - Tramp əlavə edib.

ABŞ rəhbəri həmçinin bildirib ki, Vaşinqton çətin ki, yenidən İrana qarşı hərbi güc tətbiq etsin. "Ümid edirəm, biz bunu etmək məcburiyyətində qalmayacağıq. Təsəvvür edə bilmirəm ki, biz bunu etmək istəyəcəyik", - ABŞ Prezidenti qeyd edib.

Oxşar xəbərlər

ABŞ-nin xüsusi nümayəndəsi: Gələn həftə Avropada İran nümayəndələri ilə görüşəcəyik
Tramp İranın nüvə sazişi təklifini qəbul edəcəyinə ümid bəsləyir
Stiven Uitkoff: İranla danışıqların növbəti raundu mayın 10-11-də baş tuta bilər
Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan”
Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər