Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
sizinxeber.az xəbər saytı

Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir


Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Suriya Prezidenti Əhməd Əl-Şaara ilə görüşündə deyib.

"Suriya xalqı üçün yeni ümid var. Böyük Britaniya Suriya ilə diplomatik əlaqələri bərpa edir. Çünki bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməkdə yeni hökuməti dəstəkləmək bizim maraqlarımızdadır", - Lemmi söyləyib.

Suriya liderinin mətbuat xidmətindən bildirilib ki, tərəflər görüş zamanı ikitərəfli münasibətləri və əməkdaşlığın möhkəmləndirilməsi yollarını, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Britaniya Suriya Mərkəzi Bankı və neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib
Zelenski Suriya ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir
Suriya XİN: Ölkə tarixində yeni səhifə açılıb
Britaniya İrandakı diplomatik missiyasının əməkdaşlarını təxliyə edib
Xamneyinin müşaviri: ABŞ İŞİD-i Suriya və İraqda sabitliyi pozmaq üçün yaradıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər