Venesuelada prezident seçkiləri keçiriləcək
Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda 10 siyasətçi mübarizə aparır.
Venesuelanın hakim Vahid Sosialist Partiyası hazırkı prezident Nikolas Maduronu namizədliyini irəli sürüb. O, iqtidar partyası da daxil olmaqla bir sıra siyasi təşkilatlar və hərəkatları əhatə edən "Simon Bolivar adına böyük demokratik qütb" tərəfindən dəstəklənib. Milli Seçki Şurası Maduronu bu birliyin namizədi kimi qeydiyyata alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti liberal müxalifətdəndir.
Maduronun əsas rəqibi "Unitar platforma" koalisiyasına daxil olan ifrat sağçı partiyaların namizədi Edmundo Qonzalesdir. Onu müxalifət qüvvələrinin praymerizlərində qalib gələn, əvvəllər siyasi hüquqlarından məhrum olmuş və seçkilərdə iştirak edə bilməyən Mariya Korina Maçdo da dəstəkləyib.
Son rəy sorğularının əksəriyyətinə görə, vətəndaşlar Maduroya üstünlük verirlər.
Oxşar xəbərlər
Venesuelada seçkilərlə bağlı sərhəd bağlanacaq, spirtli içkilərin satışı qadağan ediləcək
Finlandiyada prezident seçkiləri keçiriləcək
Pakistanda Azərbaycandakı prezident seçkiləri üzrə səsvermə başa çatıb
Rusiya MSK Putini prezidentliyə namizəd kimi qeydə alıb
Şahin Bağırov səs verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












