Venesuelada seçkilərlə bağlı sərhəd bağlanacaq, spirtli içkilərin satışı qadağan ediləcək
Venesuelanın Müdafiə və Daxili İşlər Nazirliyi şənbə günü, iyulun 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı əlavə təhlükəsizlik tədbirləri həyata keçirəcək.
“Report” xəbər verir ki, iyulun 26-dan iyulun 28-dək bütün ölkə ərazisində quru sərhədlər bağlanacaq, spirtli içkilərin satışı və hərbi qulluqçularla növbətçi polis əməkdaşları istisna olmaqla əhalinin silah gəzdirməsi qadağan ediləcək.
Bu müddət ərzində nümayişlər və kütləvi toplantılar, ağır yük maşınlarının hərəkəti və pirotexniki vasitələrin satışı qadağandır.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda 10 siyasi lider mübarizə aparır. Venesuelanın hakim Vahid Sosialist Partiyası ölkənin hazırkı prezidenti Nikolas Maduronu öz namizədi kimi irəli sürüb.
Oxşar xəbərlər
Goranboyda pirotexniki vasitə satan şəxslər ƏLƏ KEÇİB
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər
DSX-dən əməliyyat: axtarışda olan 404 nəfər saxlanıldı
Göyçayda mağazada pirotexniki vasitələr satan şəxs müəyyəb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













