Pakistanda Azərbaycandakı prezident seçkiləri üzrə səsvermə başa çatıb
Növbədənkənar prezident seçkiləri üzrə Azərbaycanın Pakistandakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqədə səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.
Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, səfirlikdə yaradılan məntəqədə Pakistanda yaşayan və müxtəlif səbəblərdən bu gün İslamabadda olan Azərbaycan vətəndaşları səs veriblər.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Oxşar xəbərlər
Şahin Bağırov səs verib
“Oracle Advisory Group”: "İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb"
İndiyədək seçicilərin 38,57 faizi səsvermə hüququndan istifadə edib
Prezidentliyə namizəd Fazil Mustafa səs verib
Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və millinin məşqçiləri Türkiyədə səs veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













