Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Polşa təhlükəsizliyini gücləndirmək üçün Almaniya və Litva ilə sərhədlərə beş min hərbçi göndərəcək.
“Report” xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi general Vislav Kukula Polşa radiosunun efirində bildirib.
"5 min hərbçi sərhədə göndəriləcək. Onlardan 4 min nəfəri Polşa-Almaniya, min nəfəri isə Polşa-Litva sərhədində xidmət göstərəcək", - o bəyan edib.
General əlavə edib ki, qeyri-qanuni miqrasiya dövlət təhlükəsizliyinə əhəmiyyətli təhlükə yaradır: "Bundan başqa, sərhədlərin mühafizəsi Polşa ordusunun konstitusion vəzifələrindən irəli gəlir. Biz bu vəzifədən yayına bilmərik, əksinə, sərhədlərdə səmərəliliyi artırmalıyıq".
Qeyd edək ki, Polşa qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə iyulun 7-dən Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tətbiq etməyi planlaşdırır.
Oxşar xəbərlər
Polşa ilə Almaniya arasında vəziyyət gərginləşib
Merkel: Qeyri-qanuni miqrasiya ilə mübarizə Avropanı parçalaya bilər
Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
