Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var
sizinxeber.az xəbər saytı

Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var


Süveyş körfəzində dənizdə qazma qurğusu batıb, 4 nəfər ölüb, daha 6 nəfər isə itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Al Masry Al Youm” nəşri yazıb.

Hadisə Qebel əz-Zeyt bölgəsində qeydə alınıb. Nəşr bildirir ki, qazma qurğusunda 31 nəfər olub, indiyədək 21 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı üçün iki təyyarə göndərilib.

Qeyd olunur ki, insident qurğu üç gəmi tərəfindən yedəyə alınarkən baş verib.

Oxşar xəbərlər

Konqoda gəmi qəzasında 50 nəfər itkin düşüb
Heyətində 14 nəfər olan balıqçı trauleri Cənubi Koreya sahilində batıb
"Heydər Əliyev Yarımdalma Qazma Qurğusu" təftiş ediləcək
Konqoda yanan gəmi batıb, 148 nəfər ölüb
Misirdə turist gəmisi Qırmızı dənizdə batıb, 17 nəfər itkin düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər