Kallas: Sanksiyalar sayəsində Rusiya neftini daşımaq üçün istifadə edilən kölgə donanması daralır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
20:30

Kallas: Sanksiyalar sayəsində Rusiya neftini daşımaq üçün istifadə edilən kölgə donanması daralır

23 in, 2025
20:30
423

Kallas: Sanksiyalar sayəsində Rusiya neftini daşımaq üçün istifadə edilən kölgə donanması daralır

Hər bir sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını zəiflədir. Ona görə də yeni sanksiyalar paketi və Rusiya neftinə sərt qiymət limitinin yaradılması gündəmdə qalır.

"Report"un Avropa Bürosunun verdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlər Rusiyanın Avropa ölkələrinə qarşı hibrid müharibəsi məsələlərini müzakirə ediblər.

"Rusiyanın təxribatı və kiberhücumları Avropa üçün birbaşa təhlükə yaradır. Aİ-nin hibrid təhdidlərə qarşı mübarizə üzrə yeni strategiyası necə cavab veriləcəyi ilə bağlı aydın plandır", - o vurğulayıb.

Sanksiyalardan yayınaraq Rusiya neftini daşıyan kölgə donanmasına gəldikdə isə Kallas bildirib ki, Aİ nümayəndəlikləri ölkələrə bu tankerlərdən bayraqların çıxarılmasına kömək edir:

"Beləliklə, Tanzaniya artıq yeddi gəminin qeydiyyatını ləğv edib və mən Panama, Honduras və Barbadosun da onların heç birini qeydiyyatdan keçirməməsini alqışlayıram".

Bizimlə əlaqə saxlayın