Bilaval Zərdari: Pakistan Azərbaycana qardaş dəstəyinə görə minnətdardır
Pakistan Hindistanla münaqişə zamanı göstərdiyi ardıcıl və prinsipial mövqeyə görə Azərbaycan xalqına və hökumətinə minnətdardır.
“Sizinxeber.az”un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə Pakistan parlament nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Bilaval Bhutto Zərdari deyib.
"Azərbaycan ədalətin tərəfində olmaqla prinsipial mövqe nümayiş etdirdi və bizə mənəvi dəstək göstərdi. Bundan başqa, biz regionda sülhün və sabitliyin qorunub saxlanması istiqamətində səylərimizdə həmişə Azərbaycanın dəstəyini görmüşük", - o deyib.
B.Zərdarinin sözlərinə görə, iki ölkə arasında münasibətlər təkcə səmimi deyil, həm də qardaşlıq, ailə kimidir.
"Pakistan və Azərbaycan xalqları qardaşdır", - B.Zərdari qeyd edib.
Oxşar xəbərlər
Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Pakistan Prezidenti təcili olaraq Kəraçi xəstəxanasına çatdırılıb
Pakistan Prezidenti fevralın 4-8-də Çinə səfər edəcək
Pakistan Prezidentinin vəziyyəti pisləşib, təcili xəstəxanaya çatdırılıb
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
