Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub


Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın telefon danışığında Tehranın Vaşinqtonla danışıqlara qayıtması istisna etməyiblər.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.

Diplomat xatırladıb ki, İsrail iyunun 15-nə planlaşdırılan danışıqların növbəti raundu ərəfəsində sözün əsl mənasında zərbələr endirib.

“Donald Tramp da öz növbəsində vəziyyəti çox narahatedici kimi qiymətləndirib, bununla belə, İsrailin İrandakı hədəflərə endirdiyi zərbələrin effektivliyini etiraf etdi”, - Y.Uşakov söyləyib.

"Rusiya və Amerika prezidentlərinin mürəkkəb vəziyyətə baxmayaraq, İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etmələri xarakterikdir", - Rusiya liderinin köməkçisi əlavə edib.

Oxşar xəbərlər

Kreml Putin və Tramp arasında telefon danışığını istisna etmir
Putin və Tramp Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivlərini müzakirə ediblər
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub
Donald Tramp: Nümayəndəmin Putinlə görüşü yaxşı keçib
Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər