Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək
Macarıstan Rusiya ilə əməkdaşlıqdan və Ukraynada vəziyyətin sülh yolu ilə həllinə çalışmaqdan imtina etməyəcək – hətta münaqişə uzunmüddətli xarakter alarsa belə.
Sizinxeber.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığından sonra bildirib.
“Görünür, transatlantik birlik daxilində ciddi parçalanma baş verib. ABŞ Prezidenti Donald Tramp sülh istəyir və biz onu dəstəkləyirik, lakin Qərbi Avropa ölkələri ukraynalılarla birlikdə müharibənin davam etməsini istəyir. Bu isə sülh təşəbbüslərini çətinləşdirir və göstərir ki, müharibə gözləniləndən daha uzun və amansız olacaq. Macarıstan öz sülhpərvər mövqeyindən geri çəkilməyəcək, biz Rusiya ilə enerji əməkdaşlığından imtina etməyəcəyik və Donald Trampın sülh planını dəstəkləməyə davam edəcəyik”, – deyə Siyarto "M1" telekanalında yayımlanan videomüraciətində bildirib.
Oxşar xəbərlər
Macarıstan Rusiya ilə enerji əməkdaşlığını davam etdirmək niyyətindədir
Siyarto: Macarıstan Avropa Komissiyasının Rusiya qazından imtinasını dəstəkləmir
Macarıstan və Rusiya XİN rəhbərləri arasında görüş keçirilib
Peter Siyarto Ukraynanı ittiham edib
Siyarto: Macarıstan Rusiyadan qaz almaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
