KİV: Avropa öz sülhməramlılarını Ukraynaya göndərməkdən imtina edə bilər
sizinxeber.az xəbər saytı

KİV: Avropa öz sülhməramlılarını Ukraynaya göndərməkdən imtina edə bilər


Böyük Britaniya və digər Avropa ölkələri, çox güman ki, Ukraynaya sülhməramlı missiya çərçivəsində minlərlə hərbçi göndərmək planlarından imtina edəcəklər. London hesab edir ki, risklər çox yüksək ola bilər.

APA xəbər verir ki, bu haqda “The Times” müzakirələrdə iştirak edən diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Britaniya və digər Avropa ölkələri əsas şəhərləri, limanları və atom elektrik stansiyalarını qorumaq üçün Ukraynaya quru qoşunlarının göndərilməməsi ssenarisini müzakirə edirlər.

Bəzi liderlər hesab edirlər ki, bu, sülh razılaşmasına nail olmaq üçün Rusiyanı geri addım atmağa məcbur edə bilər.

Mənbə Britaniya və Fransanın bunun əvəzində Qərbi Ukraynaya hərbi məsləhətçi göndərə biləcəyini bildirib.

Bundan əlavə, qəzet qeyd edib ki, Böyük Britaniya və digər Avropa ölkələri müdafiə qabiliyyətini gücləndirmək üçün Ukraynaya silah ötürməyə davam edəcəklər.

Oxşar xəbərlər

Britaniya patrul xidməti üçün Ukraynaya döyüş təyyarələri göndərə bilər
Macarıstan öz ərazisindən Qərb qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcək
Aİ diplomatiyasının rəhbəri Ukraynaya sülhməramlıların göndərilməsinin müzakirəsini tez hesab edir
Fransa və Britaniya Ukraynaya hərbi heyət göndərəcək
“The Times”: London Ukraynaya hərbi təlimçilər göndərməyə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər