

Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Latviya Prezidenti Edqars Rinkeviçin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı Latviya prezidentinin bir neçə ay əvvəl Gürcüstandan Rusiyaya qarşı sanksiya tətbiq etməsini tələb etdiyini, bu baxımdan onun bəyanatının təəccüblü olmadığını qeyd edib.
“Bir neçə ay əvvəl Latviya Prezidenti Gürcüstandan Rusiyaya sanksiya tətbiq etməsini tələb edib. Bu cür tələblər fonunda, belə bəyanatların heç biri bizi təəccübləndirməməlidir. Əlbəttə müxalifət bundan istifadə edəcək”, - Kobaxidze deyib.
Qeyd edək ki, Edqars Rinkeviç “Amerikanın Səsi”nə açıqlamasında Gürcüstan hökumətinin artıq NATO və Aİ-siz yaşamaq qərarı qəbul etdiyini, Gürcüstanın namizəd statusunun ləğv edilməli olduğunu deyib.
Oxşar xəbərlər
Kobaxidze: NATO hazırda Gürcüstanla aktiv genişlənmə danışıqları aparmır
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Kobaxidze: Trampın qələbəsi Ukrayna müharibəsini daha tez başa çatdıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
