Bolnisi rayonunda çayın suyunun artması tələfatla nəticələnib
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Poladauri çayının suyunun artması tələfatla nəticələnib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, kənd sakini Mövlud Talıbov at arabası ilə çayı keçməyə çalışarkən su arabanı aşırıb.
O, xilas olmağı bacarıb, lakin at suda tələf olub. Hadisə yerinə polis patrulu cəlb olunub.
Qeyd edək ki, Kvemo Bolnisi kəndinin Talıblı adlandırılan məhəlləsini kəndin əsas hissəsi ilə birləşdirən körpü ötən ilin mayında güclü sel nəticəsində sıradan çıxıb. Sakinlər çaya sel gəldiyi günlərdə kənd mərkəzi ilə əlaqə saxlamaq üçün qonşu kəndlərin ərazisindən keçməli və ya gur su axını ilə hərəkət etməli olduqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, yerli idarəetmə orqanları seçki ərəfəsində körpünün bərpa ediləcəyinə dair söz versələr də, hələki problem olduğu kimi qalır.
Oxşar xəbərlər
Gürcüstanın Bolnisi rayonunda sakinlərlə polis arasında qarşıdurma yaranıb - FOTO
Gürcüstanda azərbaycanlı yaşlı qadın evində ölü tapılıb
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailə üzvləri ziyarət edilib - FOTO
Gürcüstanın Bolnisi rayonunda vəziyyət sabitləşib
Gürcüstanın Marneuli-Bolnisi yolunda vəziyyət sabitləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













