Gürcüstanın Bolnisi rayonunda sakinlərlə polis arasında qarşıdurma yaranıb - FOTO
Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində 2 azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələlənən avtomobil qəzası ilə bağlı məlumat yayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun məlumatında qəzanı törədən 2003-cü il təvəllüdlü sürücünün həbs edildiyi qeyd olunub.
“Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli və Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsi törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç. həbs olunub.
İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs avtomobilində 4 sərnişinlə magistral yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə biri yerində, digəri isə tibb müəssisəsində olmaqla 2 piyada ölüb. İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır”, - məlumatda deyilir.
Qeyd edək ki, hadisədən sonra yerli sakinlərlə polis arasında qarşıdurma olub. Yerli KİV qarşıdurma zamanı yaralanmış 9 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Sakinlərin sözlərinə görə, avtomobilin sürücüsü və sərnişinləri sərxoş olub. Bildirilib ki, gərginlik sürücünün sakinləri təhqir etməsindən sonra artıb.
Qeyd olunur ki, əraziyə gələn təcili yardım avtomobilin qəza nəticəsində xəsarət alan yeniyetmələri deyil, avtobobilin sürqcüsünü və sərnişinlərini xəstəxanaya aparmaq istəyib.
Qarşıdurma zamanı qəza törədən avtomobil, həmçinin əraziyə gələn təcili tibbi yardım avtomobili aşırılıb. Gərginliklə əlaqədar əraziyə polis xüsusi təyinatlıları səfərbər edilib.
Oxşar xəbərlər
Gürcüstanda bir qrup azərbaycanlı iki yeniyetmənin ölümü ilə bağlı aksiya keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda azərbaycanlı gənc bıçaqlanaraq öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda parlament seçkilərində səsvermə davam edir - FOTO - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə qardaş qardaşı bıçaqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda parlament seçkilərində səsvermə davam edir - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












