Gürcüstan XİN: Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil
sizinxeber.az xəbər saytı

Gürcüstan XİN: Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil


Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı bəyanatına cavab verib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, nazir işğal başa çatmadıqca Rusiya ilə diplomatik münasibətlərin bərpasının mümkün olmayacağını vurğulayıb.

“Məsələ sadədir: Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş iki regionu var və təbii ki, işğal şəraitində diplomatik münasibətlərin bərpasından danışmaq mümkün deyil", - Boçorişvili deyib.

Qeyd edək ki, Mixail Qaluzin rəsmi Moskvanın Tbilisi ilə diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu və burada Rusiya tərəfi üçün heç bir məhdudiyyət olmadığını bildirib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci il Avqust müharibəsindən sonra kəsilib. Tərəflər arasında təmaslar yalnız Cenevrə Beynəlxalq Müzakirələri formatında aparılır.

Oxşar xəbərlər

Rəsmi Moskva: Rusiya Gürcüstanla münasibətlər qurmağa hazırdır
“Gürcü Arzusu”: Rusiya ilə heç bir masa arxasında oturmaq fikrində deyilik
Kobaxidze: Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil
Medvedev Rusiyanın Gürcüstanla diplomatik münasibətləri bərpa edə biləcəyini bildirib
Rusiya və ABŞ diplomatik missiyalar barədə razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle