Ərdoğan: Türkiyə gələcəkdə də Avropanın təhlükəsizliyində rol almağa hazırdır
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə gələcəkdə də Avropanın təhlükəsizliyində rol almağa hazırdır


NATO-nun ikinci böyük ordusuna sahib olaraq Türkiyə gələcəkdə də Avropanın təhlükəsizliyində rol almağa hazırdır.

APA-nın xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Avropa İttifaqına üzvlük yenə də Türkiyə üçün prioritetdir: “Əgər Avropa İttifaqı yenidən qlobal sistemdə layiqli yer tutmaq istəyirsə, Türkiyə tezlikdə Avropa İttifaqında yer almağa hazırdır. Biz üzvlüklə bağlı addım atmağa hazırıq, Avropa İttifaqından da bunu gözləyirik”.

“Dostluq əlaqəsində olduğumuz Donald Trampın da dəstəyi ilə ABŞ-la münasibətlərimizi inkişaf etdirməkdə qərarlıyıq”, - Ərdoğan bəyan edib.

ABŞ-la ticarət dövriyyəsinin 100 milyard dollar civarında olduğunu xatırladan Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya ilə də münasibətlər yüksək səviyyədədir: “Gömrük tarifləri üzərindən qızışan tiсarət rəqabətinin dağıdıcı şala gəlməməsi üçün çalışırıq. İnşaallah, Türkiyə yeni dönəmin qazananlarından biri olacaq. Terror bəlasından da qurtulduqda iqtisadi inkişafda yeni təkan olacaq”.

Oxşar xəbərlər

Türkiyə Prezidenti: Qlobal diplomatiyanın qəlbi 3 gün Antalyada döyünəcək
Türkiyə Prezidenti: Avropanın təhlükəsizliyində rol oynamağa hazırıq
Ərdoğan: Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle