Rütte: NATO Ukraynada sülh üzrə danışıqlarda iştirak etmir
sizinxeber.az xəbər saytı

Rütte: NATO Ukraynada sülh üzrə danışıqlarda iştirak etmir


“NATO Ukraynada sülh üzrə danışıqlarda iştirak etmir. Prosesi Rusiya ilə ABŞ tərəfi aparır. Hazırda sülh danışıqlarında top Rusiyanın tərəfindədir”.

APA xarici KİV-ə istinadən xəbər verir ki, bunu mətbuata müsahibəsində alyansın baş katibi Mark Rütte açıqlayıb.

O bildirib ki, tərəflər arasında əldə olunacaq sülh ədalətli və dayanıqlı olmalıdır. Alyans rəhbəri Ukraynaya sülhməramlıların göndərilməsinə də münasibətini açıqlayıb:

“Sülh razılaşmasından sonra Rusiyanın Ukraynanı yenidən hədəfə almasına mane olmaq üçün Ukraynaya göstəriləcək dəstəyi də müzakirə etməliyik. İlk növbədə ordunun gücləndirilməsinə diqqət yetirilməli və ölkəyə təhlükəsizlik təminatı verilməlidir. Hələlik isə bütün bu təkliflər haqqında düşünməli, atəşkəs və sülh razılaşmalarına hazır olmalıyıq”.

Oxşar xəbərlər

Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir
Rusiya XİN: Aİ-nin Ukrayna nizamlanması üzrə danışıqlarda rolu istisna edilir
Tramp: Rusiyanın atəşkəsdən imtinası dünya üçün çox məyusedici olacaq
NATO Baş katibi Almaniyada səfərdədir
NATO Baş katibi: Ukraynada ədalətli sülh üçün daha çox səy göstərməliyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle