sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Spectrum” raket-daşıyıcısının buraxılışı uğursuz olub - VİDEO
Almaniyanın “Isar Aerospace” şirkətinin “Spectrum” raket-daşıyıcısı buraxılışdan az sonra yerə düşüb.
APA-nın xəbərinə görə, raket-daşıyıcısının buraxılışı şirkətin “YouTube” kanalı üzərindən yayımlanıb.
Raket-daşıyıcının buraxılışı yerli vaxtla saat 13.30-da Norveçin Anneya kosmodromundan həyata keçirilib. Ancaq “Spectrum” raket-daşıyıcısı buraxılışdan bir neçə saniyə sonra yerə düşüb. Şirkətin bundan əvvəl raket-daşıyıcısını orbitə çıxarmaq cəhdi də uğursuz olub.
Hündürlüyü 28 metr olan “Spectrum” raket-daşıyıcısı yerin aşağı orbitinə 1000 kq yükün çatdırılması üçün nəzərdə tutulub.
“Isar Aerospace” şirkəti 2018-ci ildə yaradılıb.
Oxşar xəbərlər
Çin ilk dəfə kommersiya kosmodromundan raket daşıyıcısının uğurlu buraxılışını həyata keçirib
Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var
Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib
"Hizbullah" İsrailin şimalındakı yaşayış məntəqələrinə 50-dən çox raket atıb
Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













