Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırıb - YENİLƏNİB
Fransa Ukraynaya əlavə 2 milyard avro hərbi yardım ayıracaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Makronun sözlərinə görə, bu pullar Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına yönəldiləcək.
"Bunlar "Milan" tank əleyhinə raketləri, "Mirage", "Mistral" yerüstü müdafiə raketləri ilə təchiz edilmiş "Misa" hava hücumundan müdafiə raketləri üçündür. Bunlar həm də Ukraynaya zirehli maşınlar kimi cəbhəni saxlamağa imkan verəcək vasitələr üçündür. Bunlar silah-sursat, o cümlədən uzaqdan idarə olunan döyüş sursatları üçündür. Bu, həm də müdafiə müəssisələrimizlə tərəfdaşlıq sayəsində Ukraynada avadanlıq istehsalı üçündür", - Makron bildirib.
O, həmçinin Donald Trampın Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək niyyətlərini dəstəklədiyini bildirib.
Makron bildirib ki, Səudiyyə Ərəbistanında aparılan danışıqlar müharibənin daha geniş şəkildə sona çatması üçün ilk addım ola bilər.
***
23:04
Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisə gəlib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə Zelenski təhlükəsizlik məsələləri üzrə sammitini (istəklilər koalisiyası) hazırlamaq üçün Fransa prezidenti Emmanuel Makronla görüşəcək.
Oxşar xəbərlər
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
Fransa istehsalı "Mirage 2000" döyüş təyyarələrinin ilk partiyası Ukraynaya gətirilib
ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım ayırıb
Bayden Ukraynanı əlavə "Patriot" raketləri ilə təmin edəcək
Borrell: Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













