Zelenski: ABŞ çətin ki, Ukraynaya yardımı dayandırsın
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval kabinetdə mübahisə etdikdən sonra belə inanın ki, münasibətləri düzəltmək olar.
Sizinxeber.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Zelenski Londonda Ukrayna sammitindən sonra jurnalistlərə bildirib.
Qeyd olunur ki, Zelenski jurnalistlərlə söhbətində danışıqların bağlı qapılar arxasında davam etdirilməli olduğunu vurğulayıb.
Zelenski jurnalistlərə həmçinin deyib ki, ABŞ çətin ki, Ukraynaya yardımı dayandırsın, çünki Tramp Vladimir Putinə kömək etmək istəmir.
Bununla belə, o, qarşıya çıxa biləcək bütün çağırışlara hazır olacağını vurğulayıb.
Yeraltı minerallardan danışan Ukrayna prezidenti hələ də ABŞ ilə müqavilə imzalamağa hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq
Zelenski: ABŞ ilə sülh planının müzakirəsindən sonra Rusiya ilə danışıqlar aparmağa hazıram
KİV: Zelenski Ukrayna üçün son tarix təyin edib
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Zelenski: Ukrayna sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakını istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











