Kobaxidze: Ukraynada hərbi münaqişəyə Gürcüstanın da birbaşa cəlb edilməsi cəhdi olub
Ukraynada başlayan hərbi münaqişəyə Gürcüstanın da birbaşa cəlb edilməsi cəhdi olub və bizim qərarlarımız ölkəmizin ikinci cəbhəyə çevrilməməsində həlledici rol oynayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib:
"İrakli Qaribaşvilinin üç il əvvəl verdiyi bəyanatı hamımız xatırlayırıq. Bu bəyanat mən deyərdim ki, tarixi qərar və bəyanat idi. O zaman Gürcüstanda vəziyyəti gərginləşdirmək, Ukraynada başlayan hərbi münaqişəyə Gürcüstanı birbaşa cəlb etmək cəhdi var idi və bizim qərarlarımız Gürcüstanın ikinci cəbhəyə çevrilməməsində həlledici rol oynadı”.
Kobaxidze qeyd edib ki, Gürcüstana göstərilən təzyiqlərin, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi tələbinin əsas məqsədi eskalasiyaya və Gürcüstan iqtisadiyyatının çökməsinə nail olmaq olub.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq
Kobaxidze: Gürcüstana qarşı sanksiyalar səmərəsizdir
Kobaxidze: Gürcüstanda "Maydan" cəhdi iflasa uğrayıb
Kobaxidze: Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













