Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
fev
2025
11:50

Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır

22 fev, 2025
11:50
750

Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır

Avropa İttifaqı Ukraynaya əlavə 20 milyard dollar həcmində hərbi yardım etməyə hazırlaşır.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Yardım paketinə artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və digər silahlar daxil olmalıdır. Həmçinin Ukrayna briqadalarının döyüş qabiliyyətinin artırılmasına yönələcək yardımlar nəzərdə tutulur.

Avropa İttifaqı xarici işlər nazirlərinin yaxın vaxtlarda keçiriləcək toplantısında natural və nəğd vəsait formasında yardıma dair təşəbbüsü üzv dövlətlərlə razılaşdırmağa çalışır. Daha sonra Avropa İttifaqına üzv dövlətlərin dövlət və hökumət başçıları yardımın həcmi barədə razılığa gəlməli və paketi nəzərdə tutan sənədi imzalamalıdır.

Bununla belə, “Bloomberg” yazır ki, Macarıstanın artıq bu təşəbbüsü dəstəkləməyəcəyini bəyan etməsi, Almaniyada seçkilər prosesin nəzərdə tutulmuş müddətdə həyata keçirilməsinə mane ola bilər.

Bizimlə əlaqə saxlayın