Polşa Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb
Polşa Silahlı Qüvvələri Rusiyanın Su-24 təyyarəsinin respublikanın hava məkanına daxil olduğunu açıqlayıb.
APA xəbər verir ki, müvafiq bəyanat Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının “X” səhifəsində yayımlanıb.
Polşa tərəfinin məlumatına görə, insident fevralın 11-də yerli vaxtla saat 14:09-da Qdansk körfəzinin şərq hissəsində, ölkənin ərazi suları üzərində baş verib.
Su-24MR-nin Polşa hava məkanında maksimum 6,5 km dərinliyə daxil olduğu və orada 1 dəqiqə 12 saniyə qaldığı bildirilir.
Komandanlığın bəyanatına görə, Polşa Rusiya tərəfi ilə əlaqə saxlayıb və onlar insidentin səbəbinin Su-24MR təyyarəsinin naviqasiya sisteminin nasazlığı ilə əlaqədar olduğunu bildiriblər.
Oxşar xəbərlər
Polşa avqustdan şərq sərhədlərində hava hücumundan müdafiəni gücləndirir
Polşa Prezidenti ordu komandanlığı ilə birgə təcili iclas keçirib
Polşa Rusiya aviasiyasının fəallığı ilə əlaqədar qırıcılarını havaya qaldırıb
Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava müdafiə zonasına daxil olub
Polşanın hava məkanında naməlum obyekt görünüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








