Kurskda məktəbə aviazərbələrin endirilməsi nəticəsində onlarla şəxs dağıntılar altında qalıb
sizinxeber.az xəbər saytı

Kurskda məktəbə aviazərbələrin endirilməsi nəticəsində onlarla şəxs dağıntılar altında qalıb


Ukraynanın Kursk vilayətinin Sudja şəhərində yerləşən internat məktəbinə aviazərbələr endirilib.

APA xəbər verir ki, dünən axşam saatlarında baş vermiş hadisə nəticəsində internat məktəbinin dağıntıları altında 95 nəfərin qaldığı ehtimal olunur.

Dağıntılar altında qalan şəxslər arasında yaşlılar və uşaqların olduğu bildirilir. Hücum zamanı binada onlarla mülki şəxs, o cümlədən qadın və uşaqlar olub.

Hazırda şəhərin hərbi komendantlığı aviazərbələrə məruz qalmış internat binasının dağıntıları altında qalmış mülki insanları xilas etmək üçün axtarış-xilasetmə işləri aparır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, aviazərbələr Rusiyanın Hərbi hava Qüvvələri tərəfindən endirilib.

Ukrayna tərəfi hadisədə Rusiyanı günahlandıraraq bu zərbələrin Rusiyanın mülki əhaliyə qarşı yönəlmiş növbəti hərbi cinayəti olduğunu bildirib.

Rusiya tərəfi isə aviazərbələrin Ukrayna Silahlı Qüvvələri tərəfindən Sumi vilayətindən endirildiyini bildirir.

Hadisə ilə bağlı ziddiyətli xəbərlər gəlməkdədir. Dağıntılar altında qalanların olduğunu isə hər iki tərəf təsdiqləyib.

Qeyd edək ki, internat məktəbinin yerləşdiyi qəsəbə hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Oxşar xəbərlər

Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib - YENİLƏNİB
Konyada çökən binanın altında qalan 1 nəfər həlak olub - YENİLƏNİB-1
Konyada binanın çökdüyü ərazidə axtarış-xilasetmə tədbirləri bitib, daha bir meyit çıxarılıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar