Konyada binanın çökdüyü ərazidə axtarış-xilasetmə tədbirləri bitib, daha bir meyit çıxarılıb - YENİLƏNİB-2
Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntıların altından daha bir nəfərin meyiti çıxarılıb.
Qeyd edək ki, ümumi olaraq, baş verən hadisə nəticəsində üç nəfərin həyatı xilas edilib, iki nəfər ölüb.
***
12:27
Konyada 4 mərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, dağıntıların altında ümumi 5 nəfər qalıb. Onların 3-ü xilas edilib, 1-i həlak olub, digəri ilə bağlı isə heç bir məlumat yoxdur.
***
05:27
Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.
Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.
Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.
***
22:26
Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Selçuklu rayonunda uçan binanın dağıntıları altında qaldıqları ehtimal olunan 5 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri başladılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları cəlb olunub.
Konya valisi İbrahim Akın binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.
Oxşar xəbərlər
Konyada çökən binanın altında qalan 1 nəfər həlak olub - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konyada 3 mərtəbəli bina çöküb, 5 nəfər dağıntılar altında qalıb - ÇÖKMƏ ANI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanın Belqoroda hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













