Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb
sizinxeber.az xəbər saytı

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb


Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mitinq iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.

Davamlı aksiyanın 56-cı günündə nümayişçilərin tələbi dəyişməzdir. Onlar yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Məlumat üçün bildirək ki, vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə saldığı bəyanatından sonra başlayıb.

Oxşar xəbərlər

Tbilisidə parlamentin qarşısında müxalifətin etiraz aksiyası başlayıb
Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir
Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar