Sarkozi Qəddafidən seçki kampaniyasına pul almaqda ittiham edilir
Fransa məhkəməsi keçmiş prezident Nikolya Sarkozi və digərlərinin Liviyanın devrilmiş lideri Müəmmar Qəddafidən qanunsuz olaraq milyonlarla avro vəsait almaqda təqsirləndirilməsinə dair işə baxacaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” yayıb.
Bildirilib ki, aralarında üç keçmiş nazir də olan ümumilikdə 12 müttəhimin cinayət işi üzrə proses yanvarın 6-dan başlayacaq.
Onun özü isə ittihamı növbəti çirkli sövdələşmə adlandırıb və rədd edib.
Keçmiş prezident bildirib ki, günahsızlığını sübut etmək üçün son ana qədər mübarizə aparacaq.
N. Sarkozinin barəsində mövcud olan cinayət işi üzrə məhkəmə prosesi aprelin 10-da yekunlaşmalıdır. İttihamlar sübuta yetirilsə, onu 10 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, onun M. Qəddafidən qanunsuz olaraq pul alması barədə ittihamlar 2012-ci ildən səslənməyə başlayıb. İttihamda göstərilib ki, 2006-cı ildə keçirilən seçki kampaniyası zamanı o maliyyə məsələlərini həll etmək üçün üçüncü şəxslər vasitəsilə Müəmmar Qəddafidən müxtəlif vaxtlarda vəsait cəlb edib.
Cinayət işində adı hallanan şəxslərdən biri də Livan əsilli fransız biznesmen Ziyad Takieddindir. Onun 2006-2007-ci illərdə Nikolya Sarkoziyə 5 milyon avro pul verdiyi ortaya çıxıb.
Oxşar xəbərlər
Sarkozi: Məhkəmənin qərarından şikayət etmək fikrim yoxdur
Bəxtiyar Hacıyevə 11 il həbs cəzası istənilib
Məhkəmə Saakaşvilini həbsdə saxlayıb
Famil Xəlilov ev dustaqlığına buraxılıb
Əziz Orucovun məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
