Aİ səfiri: Məqsədimiz Gürcüstan hakimiyyətinə sərt mesaj verməkdir
Biz gürcü xalqına zərər vermək və cəzalandırmaq istəmirik, məqsədimiz Gürcüstan hakimiyyətinə onların trayektoriyasının qəbuledilməz olduğu barədə sərt mesaj verməkdir.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski konkret kateqoriyalı pasportlar üçün vizasız gediş-gəlişin mümkün dayandırılması ilə bağlı suala cavabında bildirib.
Herçinskinin sözlərinə görə, Aİ-yə üzv ölkələrin hansı qərarı verəcəyi gələn həftə məlum olacaq.
“Biz həmişə açıq-aydın demişik ki, hər axşam küçələrə çıxıb Gürcüstan və Avropa İttifaqının bayraqlarını dalğalandıran gürcü xalqına zərər vermək, onları cəzalandırmaq istəmirik. Onlar üçün nə qədər çətin olduğunu tam başa düşürəm. Bizim niyyətimiz onları cəzalandırmaq deyil. Məqsədimiz Gürcüstan hakimiyyətinə çox güclü mesaj verməkdir ki, onların uzun aylar ərzində və xüsusən də son iki həftədə dinc nümayişçilərə qarşı qəddar zorakılıq tətbiq etməklə seçdikləri trayektoriya qəbuledilməzdir. Gəlin, gələn həftəni gözləyək və görək üzv dövlətlər kollektiv şəkildə hansı qərarı verəcəklər”, - Pavel Herçinski bildirib.
Oxşar xəbərlər
Aİ Gürcüstanda son başverənlərə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Gürcüstanda baş verənlərə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin XİN başçıları Gürcüstanla vizasız gediş-gəlişin ləğv edilməsini müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ səfiri: Gürcüstana sanksiyaların hazırlanması üzərində iş gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












