Kobaxidze Aİ-yə üzvlük prosesinin dayandırılması bəyanatını canlı yayımda müzakirə etməyə hazırdır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də Aİ-yə üzvlük prosesinin dayanadırılması bəyanatı ilə bağlı ictimai müzakirə aparmağa hazır olduğunu bildirib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bəyanat hökumətin rəsmi “Facebook” səhifəsində dərc olunub.
“İctimaiyyətə məlum olduğu kimi, noyabrın 28-də komandamızın verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirəyə hazır olduğumuzu dəfələrlə bildirmişik. Artıq bir neçə keçmiş və indiki siyasətçi belə bir ictimai müzakirədə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Biz təklif edirik ki, onlar sabah on nəfərlə birgə canlı yayım formatında ictimai müzakirə keçirmək üçün Gürcüstan hökumətinin administrasiyasının binasına gəlsinlər", - bəyanatda qeyd edilib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
Veymar Üçbucağı: Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılmasına təəssüflənirik
Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
Kobaxidze: Müxalifət küçədə uğur qazana bilməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











