Kobaxidze: Müxalifət küçədə uğur qazana bilməyəcək
sizinxeber.az xəbər saytı

Kobaxidze: Müxalifət küçədə uğur qazana bilməyəcək


Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu isə onlarda olmayan ictimai dəstəkdir.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“4 il əvvəl müxalifətin eyni cəhdi olub və onlar müəyyən uğur qazanıblar, çünki biz o vaxt kənar müdaxilələr nəticəsində danışıqlara getməyə, 19 aprel sazişini imzalamağa məcbur olmuşuq, indi onların resursları belə yoxdur. Ona görə də proseslər çox rahat şəkildə həyata keçiriləcək. Yaxın vaxtlarda MSK-da seçkilərin nəticələrinə yekun vurulacaq, daha sonra ayın sonuna kimi parlamentin ilk iclası keçiriləcək və bundan sonra bir neçə günə hökumətin yeni tərkibi təsdiqlənəcək. Çox güman ki, ayın sonuna kimi bütün bunlar baş tutacaq, Proseslər çox rəvan davam edəcək. İctimai dəstək iqtidarın, iqtidar komandasının tərəfindədir, müxalifətin tərəfində isə praktiki olaraq dəstək sıfırdır, əsas olan budur. Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu isə onlarda olmayan ictimai dəstəkdir”- deyə baş nazir bildirib.

Oxşar xəbərlər

Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri: Müxalifət parlamentin işini uzun müddət sabotaj edə bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər