Sizinxeber.az » DÜNYA » Avropa » Gürcüstanın daha bir səfiri Aİ ilə danışıqların dayandırıldığına görə istefa verib

Gürcüstanın daha bir səfiri Aİ ilə danışıqların dayandırıldığına görə istefa verib

Gürcüstanın Niderland Krallığındakı səfiri Davit Solomonia hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, diplomatın açıqlamasını onun bacısı sosial şəbəkədə paylaşıb.

“Gürcüstanın diplomatik xidmətində olduğum üç onilliyin çox hissəsi Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. Peşəkar öhdəliklərinizin həyat seçimlərinizlə üst-üstə düşərsə, bu böyük bir nemətdir. Mən öz rəsmi vəzifələrimi açıq şəkildə yerinə yetirmişəm. İnanırdım ki, heç olmasa proseslərə təsir edə bilərəm. Bu gün bu ümid bitdi. Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm” - deyə səfirin bəyanatında deyilir.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri də hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarına etiraz olaraq istefa verib. Gürcüstanın Koreyadakı səfiri də qərarı qınayan bəyanat yayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !