aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Gürcüstan Baş naziri: Aksiyalarda 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, 20-nə cərrahi müdaxilə edilib
sizinxeber.az xəbər saytı

Gürcüstan Baş naziri: Aksiyalarda 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, 20-nə cərrahi müdaxilə edilib


Tbilisidə keçirilən aksiyalarda 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, onlardan 20-nə cərrahi müdaxilə edilib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

O, etirazçıların polisə qarşı Molotov kokteyli, daş, pirotexniki vasitələr atdıqlarını əlavə edib.

“Polisləri yandırmağa cəhd edən, zorakılıq törədən şəxslərə aman verildikdə belə faktlar təkrarlanır, belə insanların zorakılıqdan danışmağa mənəvi haqqı yoxdur. Zorakılıq zorakılığı doğurur, ona görə də bütün bunlarda hər kəs öz məsuliyyətini görməlidir”, - Kobaxidze bildirib.

Oxşar xəbərlər

Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Kobaxidze: Gürcüstana qarşı sanksiyalar səmərəsizdir
Tbilisidə etiraz aksiyasında 43 nəfər saxlanılıb
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların başlanma vaxtının Gürcüstan üçün vacib olmadığını deyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər