sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Aİ-nin xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri noyabrın 18-də Gürcüstanla bağlı müzakirə aparacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Aİ Şurası yayıb. Bildirilib ki, ittifaqın ali nümayəndəsi Cozep Borellin sədrliyi ilə keçiriləcək Xarici İşlər Şurasının iclasında 26 oktyabr parlament seçkiləri fonunda Gürcüstanda vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
İclasda həmçinin Ukraynada müharibə müzakirə olunacaq. Müzakirəyə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa videokonfrans formatında qoşulacaq.
Şuranın iclasında gündəliyinə Aİ-ABŞ münasibətləri, Yaxın Şərqdəki vəziyyət də daxil edilib.
Oxşar xəbərlər
Aİ-nin XİN başçıları Gürcüstanı müzakirə edəcək
MDB XİN başçıları şurasının iclasında müzakirə ediləcək məsələlər açıqlanıb
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib
Ukrayna və Ermənistan XİN rəhbərləri görüşüb
Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













