“Reuters”: Ukraynanın sülh danışıqlarının rəhbəri Uitkoffla görüşmək üçün ABŞ-a gedib
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Mayami şəhərinə gedib.
"Reuters"in mənbəyə istinadən xəbərinə görə, Umerov ABŞ nümayəndələri ilə danışıqlar aparacaq.
Ukrayna Prezidentinin müşaviri Dmitriy Litvin jurnalistlərə bildirib ki, Rustem Umerov artıq səfərlə bağlı məlumatı Ukrayna Prezidentinə çatdırıb və yaxın vaxtlarda bununla bağlı əlavə informasiya veriləcək.
“Reuters” yazır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqları son aylarda dalana dirənib.
Bildirilib ki, Ukrayna ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin bu ilin yazında Ukraynaya səfər edəcəyinə ümid etsə də, səfər baş tutmayıb.
Vaşinqtonun diqqətinin İranda müharibə fonunda Ukraynadan uzaqlaşdığı qeyd olunur.
Oxşar xəbərlər
Britaniyanın XİN rəhbəri Vens, Yermak və Umerov ilə danışıqlar aparıb
Ukrayna nümayəndə heyəti ABŞ-la danışıqlar üçün Parisə gedib
Ukrayna nümayəndə heyəti danışıqlar üçün İstanbula gedib
Umerov Floridada Ukrayna-ABŞ danışıqlarını dəyərləndirib
Rusiya-Ukrayna danışıqlarından öncə Medinski və Umerov arasında 2,5 saat davam edən təkbətək görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
