İsrailin müvəqqəti işlər vəkili İspaniya XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

İsrailin müvəqqəti işlər vəkili İspaniya XİN-ə çağırılıb


İspaniya Qəzzaya doğru hərəkət edən flotiliyada olan İspaniya vətəndaşının saxlanılmasına etiraz olaraq İsrailin Madriddəki müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

“The Tımes of Israel” xəbər verir ki, diplomata həbs olunmuş İspaniya vətəndaşının saxlanma müddətinin uzadılması ilə bağlı etiraz bildirilib.

“Bu gün biz yenidən İsrailin müvəqqəti işlər vəkilini çağırdıq və vətəndaşımızın saxlanılma müddətinin uzadılmasının nə qədər qəbuledilməz və dözülməz olduğunu ona çatdırdıq”, – İspaniyanın xarici işlər naziri Xose Manuel Albares vurğulayıb.

Qeyd edək ki, İsrail məhkəməsi Fələstin əsilli İspaniya vətəndaşı Saif Abu Keşek və braziliyalı fəal Thiaqo Avilanın saxlanma müddətini bazar gününə qədər uzadıb.

Oxşar xəbərlər

İspaniya XİN İsrailin Madriddəki müvəqqəti işlər vəkilini çağırıb
Albares: İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək
Bakıda Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
İspaniya XİN başçısı Ukraynaya rəsmi səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər