Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətində daha bir yaşayış məntəqəsini azad edib – Baş Qərargah
sizinxeber.az xəbər saytı

Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətində daha bir yaşayış məntəqəsini azad edib – Baş Qərargah


Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətində yerləşən Bezsalovka yaşayış məntəqəsini azad edərək tamamilə rus ordusundan təmizləyiblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Əməliyyata 33-cü ayrı hücum polkunun və 24-cü ayrı hücum taborunun bölmələri cəlb olunub. Döyüş əməliyyatları zamanı ukraynalı əsgərlər 18 rus işğalçısını məhv ediblər. Ukrayna Silahlı Qüvvələri düşməni məhv etməyə və dövlətimiz üçün ədalətli sülhü yaxınlaşdırmağa davam edir”, – Baş Qərargahın məlumatında qeyd olunub.

Oxşar xəbərlər

Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib
Sırski: Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib
Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər